Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusu haqqında yalan məlumatlara və dövlət təhlükəsizliyinə qarşı cinayətlərə görə əmlakın müsadirə edilməsi haqqında qanun imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə sənəd hüquqi məlumatlar rəsmi portalında dərc olunub.
Qanun Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişiklik edir və əmlakın müsadirə oluna biləcəyi cinayətlərin siyahısını genişləndirir.
Qanuna əsasən, Rusiya Silahlı Qüvvələri haqqında və onların səlahiyyətlərinin dövlət orqanları tərəfindən həyata keçirilməsi haqqında bilərəkdən yalan məlumatların ictimaiyyətə yayılmasına görə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsi), habelə fəaliyyətinə qarşı açıq çağırışlara görə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280.4-cü maddəsi) cəza təyin edilə bilər.
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...