Azərbaycanın üç yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında medal qazanıb.
BUTA.TV xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən Murad Məmmədov finalda ukraynalı Aleksandr Xruşini 2:1 hesabı ilə üstələyərək qızıl medal əldə edib.
Rəşad Məmmədov (55 kiloqram) həlledici görüşdə moldovalı Artyom Deleanula 3:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Beka Kandelaki (130 kiloqram) norveçli Oskar Marvikə xalların keyfiyyətinə görə (2:2) qalib gələrək bürünc mükafatın sahibi olub.
İslam Abbasov (87 kiloqram) isə üçüncü yer uğrunda görüşdə ukraynalı Olimpiya, Dünya və Avropa çempionu Jan Belenyuka 1:2 hesabı ilə məğlub olaraq turniri medalsız başa vurub.
Beləliklə, yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatına bir dəst medalla start verib.
Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...