Ermənistan Azərbaycanın əvvəlcədən razılaşdırılmış prinsiplər əsasında danışıqlara qayıtmasını gözləyir.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının növbəti iclası çərçivəsində Aİ diplomatik xidmətinin rəhbəri Jozef Borrell ilə birgə brifinqdə deyib.
Mirzoyan Ermənistanın 2022-ci ilin oktyabrında Praqada və 2023-cü ilin payızında Qranadada dördtərəfli bəyanatlarını, həmçinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Ermənistan və Azərbaycan liderləri ilə 2023-vcü ilin may və iyul aylarında keçirilmiş üçtərəfli görüşlərdən sonra elan etdiyi qərarları yerinə yetirməyə hazır olduğunu təsdiqləyib.
O xatırladıb ki, erməni tərəfi əmindir ki, iki ölkə arasında sərhədin müəyyən edilməsi üçün əsas Sovet İttifaqının səlahiyyətli idarələrinin son xəritələri olmalıdır.
"Heç bir yeni sərhəd yaratmağa ehtiyac yoxdur: sadəcə olaraq göstərilən sərhədlər təkrarlanmalıdır", - Mirzoyan əlavə edib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...