Tanınmış stilist Anar Ağakişiyev bundan sonra “Kanal S” televiziyasının baş direktorunun yaradıcılıq üzrə müşaviri vəzifəsində də çalışacaq.
BUTA.TV Olay.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən telekanal məlumat yayıb.
Bildirilib ki, bu addım televiziyanın inkişafı üçün mühüm bir addımdır.
Anar Kanal S-in verilişlərinə yaradıcılıq töhfəsi, layihələrin peşəkarlığı, zənginliyi üçün öz qərarlarını verəcək. Eyni zamanda yeni layihələrin hazırlanması, aparıcıların cəlb olunmasında da onun məsləhətləri vacib olacaq.
Qeyd edək ki, ARB televiziyasında bu vəzifəni Xoşqədəm Baxşəliyeva yerinə yetirir.
Xatırladaq ki, Anar Ağakişiyev həm də 2012-2013-cü illərdə Kanal S-də “Dəbin hökmü” verilişinin layihə rəhbəri və aparıcısı olub.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...