Saatlı rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azər Tağıyevin yeri dəyişdirilib.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin əmri ilə Azər Tağıyev sözügedən vəzifədən azad edilərək, İmişli Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, polkovnik Azər Tağıyev 2017-ci ilin dekabr ayında Gəncə Şəhəri Kəpəz Rayon Polis Şöbəsini rəisi vəzifəsindən azad edilərək, Saatlı rayon Polis Şöbəsinin rəisi təyin olunmuşdu.
İmişli Rayon Polis Şöbəsinin bundan əvvəlki rəisi polis polkovniki Füzuli Şixəliyev son yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...