Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm. Başımızı dik tutmalıyıq. İndi təəssüflənmək vaxtı deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri “Braqa”nın baş məşqçisi Artur Jorje Portuqaliya çempionatının XXI turunda səfərdə “Sportinq”ə 0:5 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis bildirib ki, artıq UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyuna köklənmək lazımdır:
“Çox çətin qarşılaşma olacaq. Ona görə də “Sportinq”lə matçı unutmalı, səhvlərdən nəticə çıxarmalı və irəliyə baxmalıyıq”.
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa”-“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı isə fevralın 22-də Bakıda olacaq.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...