Azərbaycan karateçiləri Tiflisdə keçirilən Avropa Çempionatında uğurla çıxış edərək 8 medal qazanıblar.
BUTA.TV xəbər verir ki, “European Cadet, Junior&21 Karate Championship” yarışında 49 ölkədən 1166 idmançı iştirak edib.
Azərbaycanlı idmançılardan Fərid Hacızadə (55 kq) və Aslan Dostuyev (61 kq) qızıl medal qazanıblar.
Daha iki idmançımız - Osman Osmanli (+84 kq) və Cahangir Qayıbov (+70 kq) isə gümüş medalla sahib olublar.
İdmançılarımız Hüseyn Məmmədli (67 kq), Ələddin Məlikov (63 kq), Rəvan Abbasov (57 kq), Vüsal Qəmbərov isə (52 kq) bürünc medal qazanıblar.
Çempionat hakimlərimiz üçün də uğurlu olub. Beynəlxalq dərəcəli iki azərbaycanlı hakimin də kateqoriyaları artırılıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...