Gürcüstanın Xaşur rayonunun Taşiskari kəndində dağın yamacından dərəyə torpaq və ağac kütləsi sürüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar Xidməti məlumat yayıb.
"Güclü yağışlar nəticəsində Xaşur rayonunda sürüşmə prosesləri və daşqınlar güclənib. Hadisə yerində sürüşmə proseslərinin qarşısını almaq üçün bütün lazımi avadanlıqlarla təchiz olunmuş xidmət qrupları səfərbər edilib.Ərazidə bütün müvafiq texniki vasitələrdən istifadə edilməklə təmizlik işləri aparılır",- məlumatda deyilir.
Qeyd edək ki, bundan öncə Gürcüstanın İmereti regionunda baş verən torpaq sürüşməsi insan tələfatı ilə nəticələnmişdi.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...