Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Kim Derrok ABŞ prezidentliyinə iki namizəd - Donald Tramp və Co Baydeni müqayisə edərək, birincinin daha inamlı göründüyü qənaətinə gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə keçmiş diplomat bu fikri “Skay Nyus” telekanalına açıqlamasında deyib.
Derrokun sözlərinə görə, həm Tramp, həm də Bayden təbii olaraq yaddaş problemləri olan yaşlı insanlardır.
Bununla belə, eks-səfir hesab edir ki, yaş demokrat namizədin səhhətinə daha çox təsir edib.
“Trampda sarsılmaz bir şey var, o, Terminatora bənzəyir. Onun büdrədiyini və ya Baydenin bəzən göründüyü kimi yaşlı və zəif göründüyünü təsəvvür edə bilməzsiniz”, - deyə Derrok bildirib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...