Son iki ildə baş verən hadisələr iqtisadi determinizm ideologiyasını məhv edir.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov qeyd edib.
Markov Rusiyaya qarşı sanksiyaların Avropa ölkələrinə də zərbə vurduğunu bildirib:
“Ukraynada müharibəyə son qoymaq Almaniya və bütün Avropa üçün iqtisadi baxımdan çox faydalıdır. Almaniya və Avropa isə sülhə qarşı və müharibə üçün fəal mübarizəni davam etdirir. Almaniya və bütün Avropa üçün Rusiyaya qarşı sanksiya müharibəsi iqtisadi cəhətdən sərfəli deyil. Onlar Rusiyaya və öz iqtisadiyyatlarına qarşı dünya tarixində görünməmiş sanksiyalarda iştirak edirlər.
Siyasət iqtisadiyyatı tamamilə idarə edir. Ona görə də iqtisadi determinizm nəzəriyyəsi analitika masasından uzaqlaşdırılmalıdır. Bütün proseslərə həlledici təsir edən iqtisadiyyat deyil, siyasətdir”, - o vurğulayıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...