Cəlilabad rayonunda qızılca virusuna yoluxma sayında yenidən artım qeydə alınır.
BUTA.TV Report-a istinadla xəbər verir ki, Cəlilabad rayonunda noyabr ayından bugünədək 493 nəfər qızılcaya yoluxub.
Yoluxanlardan 18 yaşdan kiçiklər 318 nəfər, 18 yaşdan böyüklər isə 175 nəfər təşkil edir.
Hazırda aktiv xəstə sayı 47 nəfərdir. Xəstələrdən 3-ü stasionar şəraitdə müalicə olunur.
Rayon üzrə ötən ilin dekabrın 1-dən QPM peyvəndi vurulan uşaqların sayı 2 332 nəfərdir. Fevralın 9-u QPM peyvəndi 23 azyaşlıya vurulub.
Qeyd edək ki, fevralın 9-u 13 nəfər bu virusa yoluxub.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...