Azərbaycanlı din xadimi yoxa çıxdı

16:30 - 9 Fevral 2024 - GÜNDƏM

 Azərbaycanlı din xadimi yoxa çıxdı

Azərbaycanlı din xadimi Höccətül-islam Əzimi Qədimi neçə gündür yoxa çıxıb. Ailə üzvləri fevralın 6-dan onunla əlaqəni itirib.

BUTA.TV xəbər verir ki, güneyli ruhaninin telefonuna zəng çatmır.

Yaxınları onun rejimin qüvvələri tərəfindən saxlanıldığını düşünür. Azərbaycan milli fəallarının müxtəlif şəhərlərdə həbsi ilə eyni vaxtda Əzimi Qədiminin də yoxa çıxması onun tutulması ilə bağlı şübhələri artırıb.

Qeyd edək ki, Əzimi bundan əvvəl də dəfələrlə həbs olunub. O, rejimə qarşı tənqidi fikirlərinə görə 24 avqust 2005-ci il, 4 may 2006-cı il və 27 oktyabr 2006-cı il tarixlərində zindan həyatı yaşayıb.

Bu xəbər hal-hazırda çox oxunur
WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol