Ermənistanla Azərbaycan arasında dialoqda Rusiyanın rolunun alternativi yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Rusiyanın hazırkı vəzifəsi hər iki ölkəyə barışıq və dinc qarşılıqlı fəaliyyət yollarını tapmaqda kömək etməkdir. Məhz Rusiyanın himayəsi altında, Putinin təşəbbüsü ilə Ermənistanla Azərbaycan arasında nizamlanmanın əsasları yaradılıb. Moskva sülh müqaviləsinin bağlanması ilə bağlı bütün məsələlər üzrə yardım göstərir. Rusiyada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üçün lazım olan materiallar var. Moskva hər zaman dialoq üçün platforma təqdim etməyə hazırdır”, - Qaluzin bildirib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...