Yoxsulluğa qarşı mübarizə və Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək hökumətin əsas vəzifəsi olacaq.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri postuna namizəd İrakli Kobaxidze deyib.
Kobaxidze öz hökumətinin gələcək fəaliyyətinin proqramını deputatlara təqdim edib.
Baş nazirliyə namizəd bildirib ki, proqram 10 ay üçün nəzərdə tutulub və parlament seçkisindən sonra “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası qələbə qazanacağı təqdirdə dörd il üçün nəzərdə tutulmuş ortamüddətli proqram təqdim edəcək:
“Ölkəmizin ən mühüm iki milli vəzifəsi ərazi bütövlüyünün sülh yolu ilə bərpası və Gürcüstanda yoxsulluğa tam qalib gəlməkdir. Gürcüstan hökuməti ölkədə yoxsulluğun səviyyəsini 15%-dən sıfıra endirməyincə və ərazi məsələsini həll etməyincə dayanmayacaq”.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...