İlk dəfə Xankəndi-Bakı ultra marafonu keçiriləcək.
Gənclər və İdman Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, fevralın 29-da Xankəndi şəhərindən start götürəcək ultra marafon iştirakçıları 360 kilometr məsafə qət edərək finişə Bakıda çatacaqlar.
Nazirliyin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir.
Ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 kilometr), Yevlax - Ucar (84 kilometr), Ucar - Hacıqabul (88 kilometr), Hacıqabul - Qobustan (70 kilometr) və Qobustan - Bakı (55 kilometr) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
“Qürurla irəli” şüarı ilə keçiriləcək ultra marafonda 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...