Kanada Kral Atlı Polisi (milli polis) ölkənin baş naziri Castin Trüdonu "X" sosial şəbəkəsində hədələyən şəxsi saxlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Qlobal Nyus" məlumat yayıb.
Məlumata əsasən, saxlanılan 30 yaşlı Monreal sakini Pol Klarissoya qarşı artıq ittiham irəli sürülüb. Həmin şəxs yaxın vaxtlarda məhkəməsi keçiriləcək. Onun hansı cəzaya məruz qalacağı barədə məlumat verilməyib.
Qeyd olunub ki, polis C.Trüdonun təhlükəsizliyinə qarşı olan təhdidlərin ciddi olmasını nəzərə alaraq araşdırma apardıqdan sonra Klarissonu saxlayıb.
Təhdidlərin konkret olaraq nədən ibarət olması açıqlanmayıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...