Bu gün Azərbaycan vətəndaşları üçün tarixi və əhəmiyyətli gündür.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Bakıya gələn nümayəndə heyətinin rəhbəri Arçil Talakvadze mətbuat konfransında deyib.
O vurğulayıb ki, bu gün həmkarları birlikdə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə ediblər:
"Hər şeydən əvvəl qonaqpərvərliyə görə təşəkkür edirik. Seçki məntəqələrində olan ab-hava çox yaxşı idi. Seçicilər sərbəst səs verirdilər. Media nümayəndələri işlərini lazımi qaydada icra etdilər. Yüksək fəallıq müşahidə edildi. Seçicilər seçki hüququndan yüksək səviyyədə istifadə edirdilər. Seçki prosesində çox effektiv və səmərəli iş həyata keçirilib".
"Seçicilər də söyləyib ki, onlar tarixi gün yaşayıblar. Uzun müddətdən sonra bütöv Azərbaycan ərazisində vətəndaşlar seçki hüququndan istifadə etdilər. Bunun özü də tarixi hadisədir. Azərbaycan daha da inkişaf edəcək", - A.Talakvadze vurğulayıb.
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video