Azərbaycanda hərbı vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir. Bununla bağlı milli məclisin mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.
BUTA.TV xəbər verir ki, Milli Məclisin mədəniyyət komitəsinin üzvü Əflatun Amaşov qanuna əlavəni Real TV-yə şərh edərkən bildirib ki, hərbi vəziyyət dövründə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə kütləvi informasiya vasitələrınə xüsusi fəaliyyət rejimi tətbiq oluna bilər. Əflatun Amaşov zərurət yarandığı təqdirdə ərazidə kütləvi informasiya vasitələrinin nəzarət məsləsinə də aydınlıq gətirdi. Komitə üzvünün sözlərinə görə, bununla bağlı artıq məsələ müzakirə də edilib.
Gündəlik "Teleqraf" MMC-nin rəhbəri Aynur Camalıqızı isə deyir ki, qanuna əlavəni çox adam klassik senzura kimi başa düşür:
"Əslində isə bu belə deyil. Bu gün dünyanın bütün sivil ölkələrində bu qanun var. Qanuna əlavə təhlükəsiziliyin təmin edilməsi istiqamətində atılmış addımdır".
Daha ətraflı aşağıdakı süjetdə:
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video