ABŞ və İsrail HƏMAS üzvlərinin sürgün edilməsi planını müzakirə edir.
BUTA.TV xəbər verir ki, bu barədə “Yerusəlim Post”da yayımlanan məqalədə bildirilib.
Məlumata görə, bu plan Yəhya Sinvar və Məhəmməd Deif kimi HƏMAS-ın əsas simalarına yönəlib. Əgər İsrail bu şəxslərə ölkədən çıxışa icazə verərsə, bunun müqabilində HƏMAS-ın əlində olan bütün israilli əsirləri azad edəcəyi gözlənilir.
Həmçinin 2 həftə əvvəl Fransanın “Le Monde” qəzeti də Səudiyyənin Qəzzadakı müharibəyə son qoyacaq kompromisdə iştirak etdiyini vurğulayıb. Qəzetin iddiasına əsasən, HƏMAS-ın hərbi liderlərinin xaricə, xüsusən də Əlcəzairə getməsinə izn veriləcəyi nəzərdə tutulur.
Son qapalı müzakirələrdə Baş nazir Benyamin Netanyahunun bu planı İsrail üçün çox əlverişli variant, sürgünün nəticəsinin isə HƏMAS rəhbərlərinin sonu olduğunu düşündüyü bildirilib.
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video