Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda mina qurbanlarının sayının artmasına diqqət çəkib.
BUTA.TV xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib.
“Azərbaycanın mina qurbanları artmaqda davam edir. Ermənistan 30 il davam edən işğalı zamanı Azərbaycan torpaqlarına milyonlarla mina basdırıb. Mina hadisələri ilə bağlı araşdırmalar göstərir ki, partlayışların əksəriyyəti keçmiş təmas xəttinin arxasında, xüsusən də, hərbi əhəmiyyəti olmayan ərazilərdə baş verir. Bu, mülki əhaliyə qarşı terror törətmək və onları öldürmək, geri qayıtmaq hüququndan məhrum etmək üçün “kütləvi qırğın silahı” məntiqi ilə minalardan qəsdən və fərq qoymadan istifadə olunmasının sübutudur”, - deyə H.Hacıyev bildirib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...