"Xalq Sığorta"nın rəsmi Feysbuk səhifəsi oğurlanaraq "Çılğın ögey ata və gəlini" adlı filmdən fraqmentlər yayımlanıb.
BUTA.TV xəbər verir ki, "Xalq Sığorta"nın Biznesin inkişafı idarəsinin departament nümayəndəsi Altun Şabanov Teleqraf.com-a açıqlamasında bildirib ki, "Xalq Sığorta"nın mütəxəssisləri hazırda səhifənin geri qaytarılması üçün çalışırlar.
"Əsas öncəliyimiz iyrənc paylaşımları dayandırıb səhifənin geri qaytarılması ilə bağlıdır. Səhifənin niyə oğurlanması, harada boşluq olması ilə bağlı məsələlər müvafiq araşdırmadan sonra ortaya çıxacaq. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib", - o bildirib.
Altun Şabanov dələduzların ölkə xarici və ya daxilində olması barədə hələlik məlumatsız olduqlarını söyləyib.
Məsələ sosial mediada müzakirələrə səbəb olub. Paylaşımlarda izləyicilər "Xalq Sığorta"nı öz səhifəsini kiberhücumlardan sığortalaya bilməməkdə ittiham ediblər.
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi