Bakının Yasamal rayonunda partlayış baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada qeydə alınıb. Partlayış nəticəsində qazanxananın divarları uçub, ətrafdakı binaların pəncərə şüşələri qırılıb, 10-dan çox minik avtomobilinə ziyan dəyib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib. Partlayışda xəsarət alan bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi