Dünyaca məşhur karnavalın başlamasına bir neçə gün qalmış Rio-de-Janeyroda denq qızdırması epidemiyasına görə fövqəladə vəziyyət elan edilib.
BUTA.TV xəbər verir ki, bu barədə şəhərin meri Eduardo Paesin imzaladığı sərəncamda bildirib.
“Şəhərdə qızdırma ilə mübarizə planı tətbiq edilib. O cümlədən xəstəliyin yayılması ilə mübarizə üçün operativ mərkəz yaradılıb. Denq xəstəliyinə yoluxmaqda şübhəli bilinən insanlar üçün 10 təcili qəbul mərkəzi açılacaq. Bələdiyyə xəstəxanaları şəbəkəsi xəstəliyə tutulmuş xəstələr üçün kvota ayıracaq”, - sərəncamda bildirilib.
Qeyd edək ki, denq qızdırması təhlükəli tropik xəstəlikdir.
- Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
- Baş Prokurorluq həkimin ölümü ilə bağlı məlumat yaydı
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!