Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Belarus Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət idarəsinin rəisi İqor Sekreta arasında görüş keçirilib.
Bu barədə BUTA.TV-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan ilə Belarus arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və ali səviyyədəki siyasi dialoqun ikitərəfli əməkdaşlığın bütün sahələrində inkişaf etdirməsi üçün əsas rol oynadığı qeyd olunub.
İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın hazırkı müsbət dinamikası xüsusi olaraq vurğulanıb.
Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər mühüm beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
- Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
- Baş Prokurorluq həkimin ölümü ilə bağlı məlumat yaydı
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!