Müğənni Türkan Vəlizadənin duet ortağı meyxanaçı Pərviz Bülbülə ilə çəkdirdiyi şəkil başına bəla olub.
Yenisabah.az xəbər verir ki, xanım ifaçı “lasin” geyindiyi üçün izləyicilərinin tənqidi ilə üzləşib. O, tənqidlərə belə cavab verib:
“Bəzilərinin sözləri bitəndə, işləri olmayanda, boş-bekar qalanda müğənnilərin səhifəsinə "qaçıb" xoş olmayan şərhlər yazırlar. Şalvar geyinirsən "vay", "lasin" geyinirsən "vay"... Biz lüt gəzmirik. Əynimə şalvar geyinmişəm də..."
Biz müğənniləri tənqid edənlərədir sözüm, məgər sizin evinizdə şalvar və "lasin" geyinən xanımlar yoxdur? Allah sizə göz verib, açın onları baxın! Onların bəziləri də öz içimizdən olanlardır. Saxta profillərlə kimdən xoşları gəlmirsə, xoş olmayan şərhlər yazırlar. Onsuz da yazdığınız o pis şərhlər elə özünüzdə qalacaq. Ona görə də, gedin işinizlə məşğul olun. Bu şəkildə isə mən "lasin" geyinmişəm. Gözünüzü yaxşı açın baxın!"
- Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
- Baş Prokurorluq həkimin ölümü ilə bağlı məlumat yaydı
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!