Ukrayna yaxın vaxtlarda 500 km mənzilli raketlərə malik F-16 döyüş təyyarələrinin tədarükünü gözləyir.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Sergey Nayev deyib.
“Ukrayna Silahlı Qüvvələrinə təhvil verilən Qərb silahlarının, xüsusən HİMARS və M270 MLRS reaktiv yaylım atəş sistemləri, eləcə də NASAMS, İRİS-T və “Patriot” hava hücumundan müdafiə sistemlərinin rolu böyük oldu. Gələcək hərbi yardım paketlərində Ukrayna F-16 təyyarələri və 300-500 kilometr mənzilli raketləri gözləyir ki, bu da müdafiə qüvvələrinə döyüş meydanında daha böyük uğurlar əldə etməyə imkan verəcək”, - Nayev bildirib.
Komandan Ukraynaya hansı tip raketlərin veriləcəyini açıqlamayıb.
- Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
- Baş Prokurorluq həkimin ölümü ilə bağlı məlumat yaydı
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!