Fevralın 2-də Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zabil Aslonova odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən şəxslər elə həmin gün saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan BUTA.TV-a bildirilib ki, saxlanılan Bahəddin və Babək Bayramlı qardaşlarından Bahəddin Bayramlıya məxsus avtomobildən cinayət aləti olan 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkarlanaraq götürülüb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Şübhəli şəxslər barəsində Cinayət Məcəlləsinin müfaviq maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.
- Bakcell “Spark @ LANDAU” proqramının innovasiya tərəfdaşıdır
- FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirir - Video
- Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi - Foto
- WUF13-ün proqramı açıqlandı
- Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
- Baş Prokurorluq həkimin ölümü ilə bağlı məlumat yaydı
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var