Bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
BUTA.TV xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.
Onun sözlərinə görə, havada tozun miqdarı 1.8-2 dəfə normadan artıqdır. Buna səbəb arabir güclənən cənub-qərb istiqamətli küləyin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.
"Tozlu hava şəraiti lokal xarakter daşıyır və meteoroloji şəraitdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”, - Allahverdiyeva bildirib.
- Bakcell “Spark @ LANDAU” proqramının innovasiya tərəfdaşıdır
- FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirir - Video
- Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi - Foto
- WUF13-ün proqramı açıqlandı
- Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
- Baş Prokurorluq həkimin ölümü ilə bağlı məlumat yaydı
- Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək
- Şəkidə ağır qəza: ölən var