Bəzi sosial şəbəkə səhifələrində 2016-2020-ci illərdə Neftçala Rayon Polis Şöbəsində polis nəfəri kimi xidmət edən Şahin Elçin oğlu Əyyubovun intihar faktı ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.
DİN-in mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, o xidmət etdiyi müddət ərzində müsbət xarakterizə edilir, onun fəaliyyətində hər hansısa nöqsan müşahidə edilməyib, intizamlı əməkdaş olub.
İntihar etməzdən bir neçə gün öncə o raportla müraciət edərək, öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib və 2024-cü ilin yanvarın 3-də intihar edib.
Onun intiharında xidməti fəaliyyəti ilə əlaqədar hər hansı hal yoxdur. Müəyyən edilib ki, o yaxın münasibətdə olduğu qadın tərəfindən ondan imtina edildiyinə və həmin qadının şəxsi həyatı ilə əlaqəli məsələlərə görə intihar edib. Bununla bağlı bütün sübutlar var və toplanılaraq aidiyyəti üzrə təqdim edilib.
Hadisədən sonra onun ailə üzvləri DİN rəhbərliyi tərəfindən qəbul edilib, baş verən hadisənin motivi digər təfərrüatlar barədə onlara məlumat verilib.
Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, bir gəncin şəxsi həyatı ilə bağlı baş verən faciədə sadalananlardan əlavə hər hansı kriminal tərkib yoxdur.
- Təbrizin deputatı da Bakıya hürənlər sürüsünə qoşuldu
- EASA AZAL təyyarəsinə görə dünyaya müraciət etdi
- Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək?
- İstehsalçılar unun qiymətini açıqladı
- Bu, nağıldır, erməni şıltaqlığıdır və Kreml dözür - Mixaylov
- Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi
- Bakı və Anlara Suriyanın yeni quruculuğunda birgə fəaliyyət göstərir
- Ayxan Hacızadə Paşinyana cavab verdi