Macarıstan Avropa Birliyi ölkələrindən fərqli olaraq Ukraynanı silahla təmin etməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
“Biz bu işdə iştirak etmək istəmirik. Mən bunu bu gün həmkarlarıma açıqladım. Lakin Macarıstan digər AB ölkələrinin addımlarına mane olmayacaq və konstruktiv bitərəf mövqe tutacaq. Bu məqsədlər üçün pul ayırmağa borclu deyilik. Bunun əvəzində Macarıstan ölümcül olmayan texnikanın tədarükünə pul xərcləməyə hazırdır. Odur ki, Avropa Sülh Fondundan istifadə qaydaları müvafiq olaraq dəyişdirilməlidir”, - P.Siyarto qeyd edib.
- Heydər Əliyevin 103-cü ildönümü: Xətaidə tədbir keçirildi - Video
- Tanınmış vəkil vəfat etdi - Foto
- Doktor Gülü intihara cəhd etdi - Açıqlama
- Almaniya onu Azərbaycana ekstradisiya edir
- Bakcell “Spark @ LANDAU” proqramının innovasiya tərəfdaşıdır
- FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirir - Video
- Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi - Foto
- WUF13-ün proqramı açıqlandı