İraq və Suriyada müəyyən hədəflərə hava zərbələri endirilməsinə baxmayaraq, İran daxilində heç bir hədəf vurulmayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə CNN xəbər kanalı məlumat yayıb.
Kanal bunu Co Bayden administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən bildirib.
Qeyd edək ki, ABŞ fevralın 2-dən 3-ə keçən gecə İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və ona bağlı qüvvələrə aid 85-dən çox hədəfi bombalayıb. Bu, Birləşmiş Ştatların 28 yanvarda İordaniyadakı hərbi bazasına hücum nəticəsində 3 əsgərinin ölümü, 34-nün yaralanmasına cavabdır.
- Heydər Əliyevin 103-cü ildönümü: Xətaidə tədbir keçirildi - Video
- Tanınmış vəkil vəfat etdi - Foto
- Doktor Gülü intihara cəhd etdi - Açıqlama
- Almaniya onu Azərbaycana ekstradisiya edir
- Bakcell “Spark @ LANDAU” proqramının innovasiya tərəfdaşıdır
- FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirir - Video
- Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi - Foto
- WUF13-ün proqramı açıqlandı