“Qarabağ” klubu futbolçusu Leandro Andrade ilə müqaviləni yeniləyib.
Klubdan BUTA.TV-a verilən məlumata görə, kabo-verdeli yarımmüdafiəçi ilə sözləşmə 2027-ci ilin iyunun 30-dək uzadılıb.
24 yaşlı futbolçu 2022-ci ilin yanvarından "köhlən atlar"ın formasını geyinir. L. Andrade “Qarabağ”ın heyətində 86 oyun keçirib və 22 qol vurub. O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib.
Qeyd edək ki, Leandro “Qarabağ”ın heyətində iki dəfə (2021-22, 2022-23) Azərbaycan çempionu, bir dəfə (2021-22) ölkə kubokunun qalibi olub.
- Baş bankirdən maaş alanlara müjdə
- Qubanın bu kəndlərinin adı dəyişdirilir
- “Birbank”dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus...
- Sabah 23 dərəcə isti olacaq
- Heydər Əliyevin 103-cü ildönümü: Xətaidə tədbir keçirildi - Video
- Tanınmış vəkil vəfat etdi - Foto
- Doktor Gülü intihara cəhd etdi - Açıqlama
- Almaniya onu Azərbaycana ekstradisiya edir