Gorus şəhərində silahlı atışma baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Şamşyan.com” məlumat yayıb.
Bildirilib ki, gündüz saatlarında Sünik vilayətinin polis idarəsinə ərazidə atışma baş verməsi barədə məlumat daxil olub.
Hüquq-mühafizə orqanları ərazidə gilizlər, qan izləri, BMV avtomobili və güllə izləri aşkar ediblər.
Polis müəyyən edib ki, güllə yarası ilə bir nəfər Gorus Tibb Mərkəzinə aparılıb.
Hadisə ilə bağlı Gorus İstintaq İdarəsi “Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açıb.
Hadisə şahidləri iddia edirlər ki, iştirakçılar arasında Sünikin keçmiş qubernatorunun qardaşı Surik Xaçatryanın sürücüsü də olub.
Zərərçəkənin və BMV-nin sahibinin şəxsiyyəti müəyyənləşdirilir.
- Baş bankirdən maaş alanlara müjdə
- Qubanın bu kəndlərinin adı dəyişdirilir
- “Birbank”dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus...
- Sabah 23 dərəcə isti olacaq
- Heydər Əliyevin 103-cü ildönümü: Xətaidə tədbir keçirildi - Video
- Tanınmış vəkil vəfat etdi - Foto
- Doktor Gülü intihara cəhd etdi - Açıqlama
- Almaniya onu Azərbaycana ekstradisiya edir