ABŞ-ın Ermənistandakı səfirliyi səfirliyin əməkdaşlarını və onların ailə üzvlərini Ermənistanın müəyyən ərazilərinə getməməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin bugünkü açıqlamasında qeyd edilib.
“ABŞ səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə aşağıdakı yerlərə bütün vacib olmayan səyahətlər qadağandır:
- Göyçə bölgəsi, Basarkeçərin şərqinə
- Zəngəzur bölgəsi, Gorusun şərqinə
- Zəngəzur bölgəsi, Qafanın cənubuna
- Vedi rayonu, Arazdəyən kəndi ilə hərəkət olar, dayanmaq qadağandır.
ABŞ vətəndaşları Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlərin yaxınlığında ehtiyatlı olmağa davam etməlidirlər. Nəzərə alın ki, yolun bəzi hissələrində əvvəlcədən xəbərdarlıq nişanı olmadan beynəlxalq sərhədlər keçilə bilər. Yollar nəzarət-buraxılış məntəqələri tərəfindən idarə oluna və ya xəbərdarlıq edilmədən səyahət edənlərin üzünə bağlana bilər”, - deyə məlumatda bildirilir.
- Baş bankirdən maaş alanlara müjdə
- Qubanın bu kəndlərinin adı dəyişdirilir
- “Birbank”dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus...
- Sabah 23 dərəcə isti olacaq
- Heydər Əliyevin 103-cü ildönümü: Xətaidə tədbir keçirildi - Video
- Tanınmış vəkil vəfat etdi - Foto
- Doktor Gülü intihara cəhd etdi - Açıqlama
- Almaniya onu Azərbaycana ekstradisiya edir