Lənkəranda iki gündür itkin düşən kişinin meyiti tapılıb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Osaküçə kəndində baş verib.
Ailə üzvləri Arzu Asəf oğlu Mirzəyev barəsində məlumat ala bilməyiblər. Onlar bununla əlaqədar polis şöbəsinə müraciət ediblər. A.Mirzəyevin meyiti bu gün kənddəki körpünün altında, çayda aşkarlanıb.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
- Baş bankirdən maaş alanlara müjdə
- Qubanın bu kəndlərinin adı dəyişdirilir
- “Birbank”dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus...
- Sabah 23 dərəcə isti olacaq
- Heydər Əliyevin 103-cü ildönümü: Xətaidə tədbir keçirildi - Video
- Tanınmış vəkil vəfat etdi - Foto
- Doktor Gülü intihara cəhd etdi - Açıqlama
- Almaniya onu Azərbaycana ekstradisiya edir