“Prezident İlham Əliyevin gördüyü işləri necə qiymətləndirərdiniz?” sualına sorğu iştirakçılarının 96.0%-i əla cavabını verib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın Azərbaycanda 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində keçirdiyi sorğunun nəticələrində bildirilib.
Sorğunun nəticələri haqda Şuşada keçirdiyi mətbuat konfransında ABŞ-ın “Oracle Advisory Group” təşkilatının nümayəndəsi George Brinbaum bildirib ki, sözügedən suala respondentlərin 2,5%-i yaxşı, 0,8%-i isə qənaətbəxş cavabını veriblər.
Qeyd edək ki, sorğuda bütün ölkəni əhatə edən 3 min respondent iştirak edib.
- Baş bankirdən maaş alanlara müjdə
- Qubanın bu kəndlərinin adı dəyişdirilir
- “Birbank”dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus...
- Sabah 23 dərəcə isti olacaq
- Heydər Əliyevin 103-cü ildönümü: Xətaidə tədbir keçirildi - Video
- Tanınmış vəkil vəfat etdi - Foto
- Doktor Gülü intihara cəhd etdi - Açıqlama
- Almaniya onu Azərbaycana ekstradisiya edir