ABŞ İordaniyadakı bazasına hücuma cavab olaraq bu bazar İranın İraq və Suriyadakı hədəflərinə zərbələr endirməyə başlayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
“Zərbələr çoxsəviyyəli olacaq və bu əməliyyatlarla Vaşinqton Tehrana göstərəcək ki, eskalasiyaya can atmır. ABŞ-ın məqsədi İrana təsir etməkdir ki, onun dəstəklədiyi silahlılar Yaxın Şərqdə hücumları dayandırsın”, - məlumatda qeyd olunub.
Ağ Ev rəsmisi Con Kirbi də Co Baydenin ABŞ bazasına edilən hücuma cavab vermək üçün qərar qəbul etdiyini bildirib.
Qeyd edək ki, yanvarın 28-də ABŞ-ın İordaniyadakı bazasına edilən PUA hücumu nəticəsində 3 hərbçi ölmüş, 34 nəfər yaralanmışdı. ABŞ hücuma görə İranın məsuliyyət daşıdığını və cavab veriləcəyini bildirmişdi.
- Baş bankirdən maaş alanlara müjdə
- Qubanın bu kəndlərinin adı dəyişdirilir
- “Birbank”dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus...
- Sabah 23 dərəcə isti olacaq
- Heydər Əliyevin 103-cü ildönümü: Xətaidə tədbir keçirildi - Video
- Tanınmış vəkil vəfat etdi - Foto
- Doktor Gülü intihara cəhd etdi - Açıqlama
- Almaniya onu Azərbaycana ekstradisiya edir