Nyu York məhkəməsi “Vault 7” adlı olduqca məxfi materialların sızması ilə bağlı MKİ-nin keçmiş proqramçısı Coşua Şulteni 40 il müddətinə azadlıqdan məhrum edib.
BUTA.TV xəbər verir ki, bu barədə Vikiliks məlumat yayıb.
Dövlət ittihamçısı onun üçün ömürlük həbs cəzası istəyib və bildirib ki, keçmiş MKİ əməkdaşının ABŞ tarixinin ən dəhşətli məxfi məlumat sızmasında əli olub.
Şulte özü çıxışında bildirib ki, hökumət ədalət yox, qisas axtarışındadır.
Qeyd edək ki, “Vault 7” MKİ-nin istifadəçilərin kompüterlərini uzaqdan idarə etməyə və onların məlumatlarına nəzarət etməyə imkan verən proqramlar haqqında materiallarının sızmasına verilən kod adıdır. Bura MKİ-nin Lenqlidəki qərargahında yerləşən kiberkəşfiyyat mərkəzinin daxili şəbəkəsində saxlanılan təxminən 10 min sənəd və fayl daxildir.
- Baş bankirdən maaş alanlara müjdə
- Qubanın bu kəndlərinin adı dəyişdirilir
- “Birbank”dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus...
- Sabah 23 dərəcə isti olacaq
- Heydər Əliyevin 103-cü ildönümü: Xətaidə tədbir keçirildi - Video
- Tanınmış vəkil vəfat etdi - Foto
- Doktor Gülü intihara cəhd etdi - Açıqlama
- Almaniya onu Azərbaycana ekstradisiya edir