Bütün Avropa sakinləri kimi Rumıniya əhalisi də Rusiya təcavüzünün mümkün genişlənməsinə hazırlaşmalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Rumıniya Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri Georqitsa Vlad deyib.
“Rusiya dünya nizamı və demokratiya üçün problemə çevrilib, buna görə də əslində o, təkcə Ukrayna ilə deyil, demokratik dünya ilə müharibə aparır. Avropa Birliyinin, Avropanın bütün əhalisi kimi, Rumıniya əhalisi də narahat olmalıdır və hazırlaşmaq üçün müvafiq tədbirlər görməliyik”, - o bildirib.
Q.Vlad vurğulayıb ki, Ukraynada qələbə çalacağı təqdirdə Rusiya dayanmayacaq və çox güman ki, Moldovaya hücum edərək, Qərbi Balkanlarda eskalasiyaya səbəb olacaq.
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı
- "Highland Residence"də tam təmirli mənzillər 20 ilədək ipoteka imkanı ilə
- Hacı Vəliyevə hökm oxundu
- Baş bankirdən maaş alanlara müjdə
- Qubanın bu kəndlərinin adı dəyişdirilir
- “Birbank”dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus...
- Sabah 23 dərəcə isti olacaq