Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı istefası ilə bağlı şayiələr fonunda CNN üçün məqalə yazıb və burada ölkənin hərbi sənayesinin əsas problemlərinə diqqət çəkib.
BUTA.TV-ın məlumatına görə, Zalujnı qeyd edib ki, Kiyev Qərbdən gələn hərbi təchizatdan asılıdır və hazırda Qərb ölkələrindəki daxili siyasi gərginlik fonunda onların azaldılması ilə mübarizə aparmağa məcburdur.
O, eyni zamanda insan resurslarının səfərbər edilməsində düşmənin (Rusiya – red.) əhəmiyyətli üstünlüyünü tanımağa çağırıb.
Müdafiədəki əsas problemləri həlli, o cümlədən ordunun yüksək texnoloji avadanlıqla təmin edilməsi üçün Zalujnı yeni bir sistem yaratmağın və təlim və döyüş əməliyyatlarının yeni fəlsəfəsini tətbiq etməyin vacibliyini bildirib.
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı
- "Highland Residence"də tam təmirli mənzillər 20 ilədək ipoteka imkanı ilə
- Hacı Vəliyevə hökm oxundu
- Baş bankirdən maaş alanlara müjdə
- Qubanın bu kəndlərinin adı dəyişdirilir
- “Birbank”dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus...
- Sabah 23 dərəcə isti olacaq