Rusiyanın şimal-qərbində yerləşən Kareliyada, Finlandiya ilə sərhəddən cəmi 30 kilometr aralıda Putinin iqamətgahı olduğu üzə çıxıb.
BUTA.TV xəbər verir ki, “Bild” nəşri iqamətgahın 2016-cı ildə tikildiyini, ancaq indiyə qədər foto və videosunun yayılmadığını yazıb.
Rezidensiyaya yalnız qayıq və helikopterlə getmək mümkündür. Eniş meydançası nəhəng iqamətgahın arxasında yerləşir. Yerli sakinlər bildiriblər ki, Putin ildə ən azı bir dəfə Kareliyadakı sarayını ziyarət edir.
Rusiya prezidentinin iqamətgahı çox müasir görünən üç əsas binadan ibarətdir. Rəsmi olaraq obyektlər “balıqçılıq daxması”, “anbar” və “bağ evi” adları altında maskalanıb.
Əsas binada 200 kvadratmetr sahəsi olan yeməkxana var. İqamətgahın ərazisində dörd metrlik şəlalə də qurulub.
Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları sarayın yaxınlığındakı ərazini gecə-gündüz mühafizə edir. Putinin özü iqamətgaha gələndə mühafizə xeyli gücləndirilir.
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı
- "Highland Residence"də tam təmirli mənzillər 20 ilədək ipoteka imkanı ilə
- Hacı Vəliyevə hökm oxundu
- Baş bankirdən maaş alanlara müjdə
- Qubanın bu kəndlərinin adı dəyişdirilir
- “Birbank”dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus...
- Sabah 23 dərəcə isti olacaq