İran İslam Respublikası fevralın 4-dən etibarən Belarus, Qətər, Qırğızıstan, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Serbiya, Özbəkistan və Yaponiya da daxil olmaqla, 28 ölkə ilə viza rejimini birtərəfli qaydada ləğv edir.
BUTA.TV xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Əlirza Bigdeli İRNA agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İrana turizm məqsədi ilə səfər edən 28 ölkənin vətəndaşları üçün 2024-cü il fevralın 4-dən etibarən viza tələb olunmayacaq.
Nazir müavini Hindistanla bağlı vəziyyəti ayrıca qeyd edərək vurğulayıb ki, həmin ölkənin vətəndaşları yalnız hava yolu ilə sərhədi keçdikdə onlardan viza tələb edilməyəcək.
- AzerGold QSC-də Esvatini Krallığının səfiri ilə görüş keçirildi
- Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - FOTO
- Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı
- Baş nazir qərar imzaladı
- Dostunun məhkəməsinə getdi, həbs olundu
- Bu ərazilərə qar yağır
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı