Bakının Nərimanov rayonunda yerləşən 57 nömrəli tam orta məktəbin binası söküləcək.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, sökülən məktəbin yerində isə 480 şagird yerlik yeni bina tikiləcək.
Təhsilin İnkişafı Fondu tikinti işlərini Global İnteriors Group şirkətinə həvalə edib. Təhsil müəssisəsinin yeni inzibati binasının inşası 3 640 578.16 manata başa gələcək.
Qeyd edək ki, məktəbin əsası 1930-cu ildə qoyulub. 2010-cu ildə məktəb ilk dəfə olaraq əsaslı təmir edilib. Bir neçə il əvvəl isə məktəbin binası qəzalı vəziyyətə düşüb. Həmin vaxt məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə dərs keçib.
Hazırda məktəbdə 74 müəllim fəaliyyət göstərir, 878 şagird (məktəbəhazırlıq qrupunda 72 şagird) təhsil alır.
- AzerGold QSC-də Esvatini Krallığının səfiri ilə görüş keçirildi
- Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - FOTO
- Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı
- Baş nazir qərar imzaladı
- Dostunun məhkəməsinə getdi, həbs olundu
- Bu ərazilərə qar yağır
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı