Martın 1-nə qədər AB ölkələri Ukraynaya vəd edilən 1 milyon artilleriya mərmisindən cəmi 600 minini tədarük edə biləcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb.
“Sursat istehsalında daimi ləngimələr və mövcud ehtiyatların tükənməsi ilə bağlı narahatlıqlar səbəbindən AB ölkələri Kiyevə 1 milyon mərmi tədarükü planından xeyli geri qalıb, cəmi 600 minə yaxın döyüş sursatı göndərmək mümkün olacaq. Hətta AB müdafiə nazirlərinin bu gün Brüsseldə keçirəcəkləri qeyri-rəsmi görüşdə əlavə təchizat mənbələri tapmağa çalışacaqları gözlənilir. Amma istənilən halda ötən il vəd edilən sayda mərmi Ukraynaya göndərilməyəcək”, - məlumatda qeyd olunub.
- AzerGold QSC-də Esvatini Krallığının səfiri ilə görüş keçirildi
- Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - FOTO
- Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı
- Baş nazir qərar imzaladı
- Dostunun məhkəməsinə getdi, həbs olundu
- Bu ərazilərə qar yağır
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı