Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nı təsdiq edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərar sabahdan qüvvəyə minir.
Bu qayda “Tullantılar haqqında” qanuna uyğun olaraq hazırlanıb və “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun vəsaitinin formalaşdırılması və istifadəsi ilə bağlı məsələləri tənzimləyir. Fond məqsədli büdcə fondu olmaqla dövlət büdcəsinin tərkibində yaradılır və onun vəsaitinin idarə olunması “Büdcə sistemi haqqında” qanuna və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir. Fondun vəsaitinin idarə olunmasını Təmiz şəhər ASC həyata keçirəcək.
- AzerGold QSC-də Esvatini Krallığının səfiri ilə görüş keçirildi
- Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - FOTO
- Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı
- Baş nazir qərar imzaladı
- Dostunun məhkəməsinə getdi, həbs olundu
- Bu ərazilərə qar yağır
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı