Almaniya Baltik dənizinin sahillərində müşahidə edilən Rusiya kəşfiyyat təyyarəsinin qarşısını almaq üçün qırıcılarını havaya qaldırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələri X sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Rusiya hərbi təyyarəsi Rügen yaxınlığında aşkar edildikdən sonra Almaniyanın şimal-şərqindəki “Laage” aviabazasından qırıcılar havaya qalxıb:
“Alman qırıcılar Rusiya təyyarəsini şərqə dönməzdən əvvəl müşayiət edib. İl-20M hərbi təyyarəsi transponder siqnalı olmadan uçub”.
- AzerGold QSC-də Esvatini Krallığının səfiri ilə görüş keçirildi
- Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - FOTO
- Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı
- Baş nazir qərar imzaladı
- Dostunun məhkəməsinə getdi, həbs olundu
- Bu ərazilərə qar yağır
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı