Kiyev Ukraynanı NATO-da tanıtmaq üçün təqaüddə olan avropalı siyasətçilərdən ibarət komanda toplayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
"Biz bu qrupun iştirakçıları ilə ilk "Zum" (Zoom) görüşümüzü keçirdik, qrupun məqsədi ilk növbədə NATO-ya üzv ölkələrlə işləmək, irəliləyişimizə kömək edəcək bir atmosfer yaratmaqdır", - Yermak vurğulayıb.
Onun sözlərinə görə, qrup üzvləri hörmətli və güclü insanlardır və hələ də kifayət qədər təsir gücünə malikdirlər:
"Onların arasında Litvanın keçmiş prezidenti Dalya Qribauskayte, Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, Finlandiyanın keçmiş baş naziri Sanna Marin, ABŞ-ın keçmiş dövlət katibi Hilari Klinton və başqaları var".
- Bu valideynlər cərimələnəcək - Prezident təsdiqlədi
- İlham Əliyev 2 fərman imzaladı
- AzerGold QSC-də Esvatini Krallığının səfiri ilə görüş keçirildi
- Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - FOTO
- Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı
- Baş nazir qərar imzaladı
- Dostunun məhkəməsinə getdi, həbs olundu
- Bu ərazilərə qar yağır