Rusiya ağır demoqrafik böhranla üz-üzədir. Ukraynadakı müharibə həm bu böhranı daha da gücləndirir, baxmayaraq ki, Kreml bu problemi aradan qaldırmağa cəhd edir.
BUTA.TV xəbər verir ki, bu barədə "Faynənşl Tayms"da dərc edilən məqalədə bildirilib.
"BMT-nin məlumatına görə, Mərkəzi Asiya ölkələrindən Rusiyaya milyonlarla miqrantın gəlməsinə baxmayaraq, 2021-ci ildə Rusiyanın əhalisi 145 milyon nəfərə enib, 1994-cü ildə isə bu göstərici 149 milyon olub. Və son illərin hadisələri bu tendensiyanı daha da gücləndirdi. Pentaqonun hesablamalarına görə, Ukraynanın işğalı təkcə 2022-ci ildə Rusiyaya 120 min əsgərin həyatı bahasına başa gəlib. Daha yüz minlərlə rus müharibə səbəbindən ölkəni tərk edib.
Vladimir Putin demoqrafik problemin miqyasını yaxşı anlayır və müəyyən tədbirlər görməyə çalışır. Hətta Putin 2024-cü ili Rusiyada “ailə ili” elan edilməsi ilə bağlı fərman imzalayıb. Putinin müharibədən əvvəl təxminən 8,6 milyon insanın yaşadığı Ukrayna ərazilərinin ilhaqını elan etməsi Rusiyanın demoqrafik potensialını artırmaq cəhdi ola bilər. Minlərlə ukraynalı uşağın oğurlanması da bu strategiyanın bir hissəsidir", - məqalədə vurğulanıb.
- Şəmkirdə ağır qəza: ölən var
- Mağazadan seyfi oğurlayarkən kameraya düşdü – Anbaan video
- Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib - Video
- 16 yaşlı yeniyetmənin meyiti tapıldı - Foto
- Azərbaycanda hantavirusa yoluxma varmı? - Video
- Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı - Foto
- 190 minlik dələduzluq: 4 nəfər saxlanıldı
- Yaponiya İran müharibəsi başlayandan bəri Azərbaycandan ilk neft partiyasını alacaq