Türkiyənin məşhur müğənnisi Hadisə Bakıda konsert verəcək.
BUTA.TV xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb. Məlumata görə, konsert 1 mart tarixində “Bakı Konqres Mərkəz”də baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 25, maksimum isə 350 manatdır.