ABŞ, Avropa Birliyi (AB) və Böyük Britaniya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə Liberiya, Marşal adaları və Panamaya təzyiq göstərir.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters”məlumat yayıb.
Üç dövlətə göndərilən məktubda Rusiya neftinin qiymətinə qoyulan məhdudiyyətlərdən yayınma hallarının sayının artması ilə bağlı xəbərdarlıqlar yer alıb.
Bundan başqa, sözügedən ölkələrdən dəniz nəqliyyatına nəzarətin gücləndirilməsi də tələb edilib.
Qeyd edək ki, məsələ ilə bağlı 3 ölkənin səfirlikləri rəsmi məlumat yaymayıb.
Xatırladaq ki, AB-nin Rusiyadan dəniz yolu ilə neft tədarükünə tətbiq etdiyi embarqo 2022-ci il dekabrın 5-dən qüvvəyə minib.
- Heydər Əliyev zirvəsinə yürüş keçirildi
- Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıya gəldi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
- Şəmkirdə ağır qəza: ölən var
- Mağazadan seyfi oğurlayarkən kameraya düşdü – Anbaan video
- Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib - Video
- 16 yaşlı yeniyetmənin meyiti tapıldı - Foto